İyun 07, 2020 15:39 Asia/Baku
  • Braziliyada koronavirus qurbanlarının dəfn problemi

Koronavirus qurbanlarının sayı baxımından dünyada üçüncü yerdə duran Braziliya ölülərin dəfn problemi ilə üz-üzədir.

SaharAzeri xəbər verir, Braziliyanın Səhiyyə Nazirliyi şənbə günü, gecikərək, məhkəmə oqranlarının təzyiqi altında koronavirusun statistikasını açıqladı.

Braziliyanın Səhiyyə Nazirliyinin statistikasına əsasən, bu ölkədə koronavirusdan ölənlərin sayı 36 minə çatıb.

Həmçinin ölkədə  bu virusa 672 min 846 yoluxma təsdiq edilib.

İyunun 5-i yerli vaxtla saat 18-dən Braziliyanın Səhiyyə Nazirliyinin saytındakı koronavirus məlumatlarına giriş mümkün olmayıb və bu məsələ səhiyyə mütəxəssislərinin kəskin reaksiyasına səbəb olub. 

Braziliyanın Səhiyyə Nazirliyinin saytındakı koronavirus məlumatlarına girişin dayandırılması, dünya ölkələrinin statistikasını qeydə alan "Cons Hopkins" veb saytının saatlarla Braziliya statistikasını yenələyə bilməməsi və Braziliyanın adının saytdan silinməsinə səbəb olub.

Bunun ardınca, Braziliyanın ən böyük şəhəri olan San Paulunun Ali Federal Məhkəməsi, hökumətdən koronavirus statistikasını Səhiyyə Nazirliyinin saytında yerləşdirməyi tələb edib.

Teqlər