2 milyondan çox amerikalı COVID-19-a yoluxub
https://azeri.sahartv.ir/news/dünya-i362890-2_milyondan_çox_amerikalı_covid_19_a_yoluxub
Ekspertlərin xəbərdarlıqlarına rəğmən, ABŞ prezidentinin tam iqtisadi bərpaya israr etdiyi bir halda, bu ölkədə koronavirusa yoluxanların sayı iki milyon nəfəri ötürb keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2020 11:12 Asia/Baku
  • 2 milyondan çox amerikalı COVID-19-a yoluxub

Ekspertlərin xəbərdarlıqlarına rəğmən, ABŞ prezidentinin tam iqtisadi bərpaya israr etdiyi bir halda, bu ölkədə koronavirusa yoluxanların sayı iki milyon nəfəri ötürb keçibdir.

SaharAzeri xəbər verir, “Verdmiter İnfo” saytının ani statistikasına əsasən, deyilənlərə görə, koronavirus epidemiyasında təsirli olan afroamerikalı Corc Floydun qətlinə qarşı aksiyaların davam etməsi nəticəsində Amerikada koronavirusa yoluxanların sayı iki milyon yeddi min 449 nəfərə çatıbdır.

Amerikada koronavirusdan ölənlərin sayı isə 112 min 469 nəfərə yüksəlibdir.

Ekspertlər bu qənaətdədirlər ki, bir tərəfdən hökumətin laqeydliyi və tibbi imkanların çatışmazlığı, digər tərəfdən isə rasizmə qarşı ümumölkə etirazlarından irəli gələn vəziyyət Amerikada koronavirus epidemiyasınn vəziyyətini daha da ağırlaşdırıbdır.

Onların dediklərinə görə, Amerika, prezident seçkiləri ərəfəsində rasizmə qarşı çaxnaşmalar və COVID-19 pandemiyasının qarışığından irəli gələn mürəkkəb bir böhranla üzləşir.