Koronavirus və dünya iqtisadiyyatının kiçilməsi
İyun 09, 2020 13:07 Asia/Baku
Dünya Bankı koronavirus pandemiyasının təsirləri barədəki ən yeni məlumatında bildiribdir ki, cari ildə inkişaf etmiş ölkələrin iqtisadiyyatları 7, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları isə 2,5 faiz kiçiləcəkdir.
SaharAzeri xəbər verir, İkinci dünya savaşından sonra belə bir azalma nadir bir hadisədir.
Dünya Bankının məlumatında deyilir: Amerika və Yaponiya iqtisadiyyatları cari ildə 6.1, avrozona iqtisadiyyatı 9.1, Braziliya iqtisadiyyatı 8, Hindistan iqtisadiyyatı 3.2, Çin iqtisadiyyatı isə bir faiz kiçiləcəkdir.
Dünya Bankı həmçinin proqnoz edibdir ki, dünyada təqribən 70-100 milyon nəfər də kəskin şəkildə yoxsullaşacaqdır.