İyun 09, 2020 15:33 Asia/Baku
  • Bu il BMT Baş Assambleyası virtual keçiriləcək

BMT Baş Assambleyasının prezidenti sammit tarixində ilk dəfə olaraq bu il iclasın korona virusunun yoluxması üzündən virtul keçiriləcəyini açıqlayıb.

SaharAzeri YJC.ir-a istinadla xəbər verir, bunu BMT Baş Assambleyasının prezidenti Ticani Mohammad Bandeh açıqlayıb və bildirib ki; dünya liderləri bu ilin sentyabr ayının sonlarında New-Yorkda keçiriləcək illik ümumi yığıncağa qatılmayacaqlar.

Bu, Birləşmiş Millətlər Təşkilatının 75 illik tarixində ilk dəfə olaraq, Baş Assambleyanın illik sessiyasının liderlərin fiziki iştirakı olmadan keçirilməsidir.

BMT Baş Assambleyasının prezidenti mətbuat konfransında deyib: “İnşallah növbəti iki həftə ərzində dövlət və hökumət başçılarının çıxışlarının necə olacağına qərar veriləcək.”

O əlavə edib: “ölkə rəhbərləri tək başına səfər etmirlər və Koronanın yayıldiği bir şəraitdə Baş Assambleyasında iştirak etmək üçün nümayəndə heyətlərinin Nyu-Yorka gəlməsi qeyri-mümkündür, buna görə də bu il əvvəllər olduğu kimi onlara ev sahibliyi edə bilmərik.”

Məhəmməd Bandeh deyib: Sentyabr ayının sonuna qədə, təxminən 100 nəfər və ya daha çox adamın konfrans salonuna gəlməsinə icazə ala biləcəyimiz də istisna olunmur.

 

Teqlər