Rusiyada koronavirusa yoluxanların sayı 500 mini ötüb
https://azeri.sahartv.ir/news/dünya-i363037-rusiyada_koronavirusa_yoluxanların_sayı_500_mini_ötüb
Rusiyada son sutka ərzində daha 8779 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2020 15:58 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 500 mini ötüb

Rusiyada son sutka ərzində daha 8779 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SaharAzeri APA-ya istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 502 436 nəfərə çatıb.

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6532 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 261 150 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.