İyun 14, 2020 08:35 Asia/Baku
  • Paris və London şəhərlərində anti-rasizm aksiyaları davam edir

Polis məhdudiyyətlərinin elan olunmasına baxmayaraq, Paris və London şəhərlərində insanlar küçələrə axışaraq, irqçiliyə qarşı aksiya keçiriblər.

SaharAzeri xəbər verir,Sputnik Xəbər Agentliyinin məlumatına görə, Fransanın paytaxtı Parisin bir sıra vətəndaşı polis zorakılığı, qaradərililərə qarşı irqi ayrı-seçkiliyin davam etməsi və afroamerikalı vətəndaş Corc Floydun ölümünə etiraz olaraq, aksiya keçiriblər.

Fransada polis zorakılığı və irqi ayrı-seçkiliyə qarşı etirazlar bundan əvvəl və fransalı qaradərili Adama Teraurenin qətlinə qarşı formalaşmışdı.

Fransanın bir çox vətəndaşı bu insanın ölümünü Corc Floydun ölümünə bənzədirlər.

Fransa polisi koronavirus pandemiyasına görə Corc Floydun ölümünə qarşı hər hansı öncədən planlaşdırılmış etiraz aksiyasının keçirilməsini qadağan edib.

Bu məlumata əsasən, London şəhərinin sakinləri də xəbərdarlıqlar və polis məhdudiyyətlərinə baxmayaraq, anti-rasizm aksiyalarının davamı olaraq, küçələrə axışıblar.

Əldə edilən məlumatlara görə, irqçiliyin tərfdarı olan radikal sağçı qruolar Londonda keçirilən aksiyalara hücum ediblər.

 

Teqlər