İyun 16, 2020 12:03 Asia/Baku
  • Consonun İngiltərədə rasizmlə mübarizə vədi

İngiltərənin baş naziri deyir ki, onun hökuməti təşkilat və idarələrdə irqçilyin müxtəlf cəhətləri ilə mübarizə qərarına gəlibdir.

SəhərAzəri xəbər verir, Boris Conson anti-rasizm etirazları və rasizmin simvollarının aradan qaldırılması ilə müxalifətdə, tənqid doğuran ifadələrin bəyan edilməsindən sonra İngiltərədə bu fenomenin üzə çıxarılması, araşdırılması və onunla mübarizə məqsədilə bir komissiyanın təşkilindən söz açıb.

İngiltərənin baş naziri deyib: «Qaraların həyatı önəmlidir» hərəkatını himayə istiqamətində minlərlə nəfərin dinc şəkildə yürüş keçirdiyi bir halda, siz və bir partiyanın lideri kimi mən, bu emosiyaların şiddətinə göz yuma bilmərik.

Conson sonra deyib: Biz təhsil, məhkəmə, səhiyyə sistemlərində, həmçinin azlıqlara və qaradərililərin qruplarına təsir göstərən bütün digər yerlərdə bu məsələni araşdırmalıyıq.

Conson iddia edib ki, bu sahədə olduqca geniş səylərə başlayıbdır.

Amerika və Avropada anti-rasizm aksiyalarının genişlənməsilə/ insanlar bir çox şəhərlərdə müstəmləkəçilik və quldarlıq amilləri olmuş tarixi şəxsiyyətlərin heykəl və büstlərini dağıdırlar.

Məlumatlara görə, London meriyası etirazçılar tərəfindən devrilməsi və dağıdılmasının qorxusundan səkkiz büstü gizlədib və ya örtüyə bürüyübdür.

CONSONUN İNGİLTƏRƏDƏ RASİZMLƏ MÜBARİZƏ VƏDİ

Teqlər