ABŞ-da COVID-19-dan ölənlərin sayı Birinci Dünya müharibəsində ölənlərin sayını ötüb
https://azeri.sahartv.ir/news/dünya-i363311-abŞ_da_covid_19_dan_ölənlərin_sayı_birinci_dünya_müharibəsində_ölənlərin_sayını_ötüb
ABŞ-da 116 526 nəfər pandemiyanın qurbanı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2020 21:28 Asia/Baku
  • ABŞ-da COVID-19-dan ölənlərin sayı Birinci Dünya müharibəsində ölənlərin sayını ötüb

ABŞ-da 116 526 nəfər pandemiyanın qurbanı olub.

SəhərAzəri - “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Bununla da ABŞ-da koronavirus infeksiyasının yaratdığı xəstəlikdən vəfat edənlərin sayı Birinci Dünya müharibəsində ölən amerikalıların sayını keçib.

Belə ki, Birinci Dünya müharibəsində ölən amerikalıların sayı 116 516 nəfər təşkil edib.

Universitetdən verilən məlumata görə, ölkədə yoluxma hallarının ümumi sayı 2,1 milyon nəfərdir.