Braziliyada son sutkada rekord sayda yoluxma qeydə alınıb
https://azeri.sahartv.ir/news/dünya-i363312-braziliyada_son_sutkada_rekord_sayda_yoluxma_qeydə_alınıb
Braziliyada son 24 saat ərzində COVID-19 infeksiyasına 34 918 yeni yoluxma halı aşkarlanıb. Bu, ölkədə koronavirusa rekord sutkalıq yoluxmadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2020 22:37 Asia/Baku
  • Braziliyada son sutkada rekord sayda yoluxma qeydə alınıb

Braziliyada son 24 saat ərzində COVID-19 infeksiyasına 34 918 yeni yoluxma halı aşkarlanıb. Bu, ölkədə koronavirusa rekord sutkalıq yoluxmadır.

SəhərAzəri - “Report” “TASS”a istinadla xəbər verir ki, ötən sutka ərzində Braziliyada daha 1 282 nəfər COVID-19 xəstəliyindən həyatını itirib.

Bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 923 189 nəfərə çatıb, pandemiya 45 224 xəstənin ölümünə səbəb olub.

Müalicə alan 441 729 pasiyent sağalıb.