BMT TŞ-nin iclası Suriyaya təzyiq göstərmək vasitəsinə çevrilib
https://azeri.sahartv.ir/news/dünya-i363315-bmt_tŞ_nin_iclası_suriyaya_təzyiq_göstərmək_vasitəsinə_çevrilib
Rusiyanın BMT-dəki nümayəndəsi vurğulayıb ki, Təhlükəsizlik Şurasının kimyəvi silahlar və insan böhranı barədəki ardıcıl iclasları yalnız Suriyaya təzyiq göstərmək üçün bir vasitədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2020 07:19 Asia/Baku
  • BMT TŞ-nin iclası Suriyaya təzyiq göstərmək vasitəsinə çevrilib

Rusiyanın BMT-dəki nümayəndəsi vurğulayıb ki, Təhlükəsizlik Şurasının kimyəvi silahlar və insan böhranı barədəki ardıcıl iclasları yalnız Suriyaya təzyiq göstərmək üçün bir vasitədir.

SəhərAzəri xəbər verir, Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bütün suriyalıların həyatını təsir altına alan ABŞ-ın və Avropa Birliyinin mühasirə və sanksiyalarını tənqid edib. Deyib ki, Amerika terror qruplarının Suriyanın İdlib şəhərindəki hücumlarını pisləməyibdir.

Nebenzya BMT-nin ümumi katibliyini kəskin tənqid edib. Vurğulayıb ki, bu katiblik Suriyaya dair informasiyalara göz yumur və bu ölkədəki kimyəvi hücumlar barədəki təhqiqatlarında Qərbin və terror qruplarının mənbələrinə söykənir.

Rusiyanın BMT-dəki nümayəndəsi sonra deyib: Suriya böhranının həll yolu, xarici qüvvələrin işğalçılığının başa çatması ilə başlanacaq.