Avropa üçlüyü İranın nüvə fəaliyyətləri ilə bağlı faktların yoxlanılmasının davam etdirilməsini vurğulayıb
İngiltərə, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Dİrektorlar Şurasının iclasında bir bəyanat yayaraq, İranın nüvə fəaliyyətləri ilə bağlı faktların yoxlanılmasının davam etdirilməsini vurğulayıblar.
SəhərAzəri xəbər verir, Nüvə anlaşmasına üzv olan bu üç Avropa ölkəsi həmin bəynatda iddia edibdir ki, onların «nüvə anlaşmasındakı ixtilafların həlli» adlanan mexanizmi fəallaşdırmaq istiqamətindəki addımı/ xoşməramlılıqdan və bu anlaşmanın qorunması ilə yanaşı, irəliyə doğru hərəkət istiqamətində diplomatik bir həll yolunun tapılması ümidi ilə atılıbdır.
Avropa ölkələri nüvə anlaşmasındakı öhdəliklərinin icrasındakı yubatmaya toxunmadan bildiriblər: Biz İranı nüvə anlaşmasındakı ixtilafların həlli üçün yerdə qalan tərəflərlə konstruktiv anlaşmaya çağırırıq.
Onlar iddia ediblər ki, Avropa üçlüyü çətiri altında nüvə anlaşmasında nəzərdə tutulan tərzdə sanksiyaların aradan qaldırılmasını davam etdirib və İNSTEKS-i həyata keçirməklə İranla qanuni ticarətin asanlaşması üçün əlavə səylər göstəriblər.