Moskva ABŞ-ın «Şimal axını-2»yə qarşı sanksiyalarına reaksiya verib
Rusiyanın energetika naziri bir daha Amerikanın «Şimal axını-2»yə qarşı sanksiyalarını pisləyib və bu hərəkəti başqa ölkələrin işlərinə qarışmaq adlandırıb.
SaharAzeri xəbər verir, Aleksandr Novak dünən bir çıxışda deyib: Amerikanın «Şimal axını-2» qaz boru xətti layihəsinə qarşı sanksiyaları üçüncü bir ölkənin müstəqil ölkələrin işlərinə qarışması deməkdir.
Rusiyanın energetika naziri sonra deyib: «Şimal axını-2» sırf olaraq, bir ticarət layihəsidir və onda məqsəd, Avropaya enerjinin göndərilməsi və qaz köçürülməsinin artırılmasıdır.
Bir neçə amerikalı senator bir layihə təqdim edərək, «Şimal axını-2» layihəsi ilə həmkarlıq edən şirkətlərin sanksiya edilmələrini istəyibdir.
Amerikalı senatorların layihəsinə əsasən, qeyd olunan qaz proyekti ilə bağlı hazırkı sanksiyalar bu proyektdə boru xətlərinin quraşdırılması və qazın köçürülməsində fəaliyyət göstərən gəmilərə də tətbiq olunacaqdır.
«Şimal axını-2», Rusiyanın Qazprom şirkəti ilə beş Avropa şirkəti tərəfindən həyata keçirilən bir layihədir. Bu layihə Rusiya qazını regional sular və ya Rusiya, Danimarka, Finlandiya, İsveç və Almaniyanın inhisari-iqtisadi bölgələri vasitəsilə Avropaya köçürəcək boru xəttinin inşası ilə bağlıdır.