Rusiyada COVID-19-a yoluxanların sayı 560 mini ötüb
İyun 18, 2020 12:45 Asia/Baku
Rusiyada son sutka ərzində daha 7790 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
SaharAzeri APA-ya istinadla xəbər verir, Rusiyada COVID-19-a yoluxanların sayı 561 091 nəfərə çatıb.
Son sutka ərzində 182 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 7660 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 313 963 nəfərdir.
Məlumatda deyilir ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.
Teqlər