ABŞ-da COVID-19 tələfatı 120 min nəfəri ötüb keçib
Amerikada koronavirus tələfatının sayı digər bir sıçrayışla 120 min nəfər həddini keçib.
SaharAzeri xəbər verir, ABŞ mediaları cümə axşamı günü gecə bildiriblər ki, bu ölkədə koronavirusa yoluxanların sayı iki milyon 263 min 651 nəfərə çatıb. Onlardan 120 min 688 nəfər həyatını itiribdir.
Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.
Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayının çoxluğuna görə, sınaq şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.
Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.