Braziliyada koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır
İyun 19, 2020 07:32 Asia/Baku
Braziliyada yeni tip koronavirus infeksiyasına yoluxma hallarının sayı sutkada 22 765 artaraq 978 142-ə çatıb.
SəhərAzəri Trend-ə istinadən, bu rəqəmlər ölkə üzrə yenilənmiş rəsmi statistikada göstərilib.
İnfeksiyanın fəsadlarından ölənlərin sayı 47 748 nəfərə çatıb, son bir gündə 1 238 ölüm faktı qeyd edilib. 482 102 nəfərin sağaldığı da bildirilib.
Ölkəd infeksiyanın yayılması ocağı San-Paulu ştatı və onun eyni adlı paytaxtı sayılır. Bölgədə 192 628 yoluxma və 11 846 ölüm halı aşkarlanıb.
Yoluxanların sayına görə ikincisi Rio-de-Janeyro (87 317 yoluxan) olub, burada koronavirus səbəbindən 8 412 nəfər ölüb.