İyun 19, 2020 08:23 Asia/Baku
  • İngiltərə öz böhranlı iqtisadiyyatını xilas etməyə çalışır

İngiltərənin mərkəzi bankı koronavirus pandemiyası nəticəsində böhrana düçar olmuş bu ölkə iqtisadiyyatının bərpası prosesinə yardım üçün yüz milyard funt-sterlinq məbləğində dövlət istiqraz vərəqəsi alıbdır.

SaharAzeri xəbər verir, İngiltərə mərkəzi bankının pul siyasətləri komitəsinin üzvləri iqtisadiyyatın bərpası prosesinə yardım üçün yüz milyard funt-sterlinq məbləğində dövlət istiqraz vərəqəsi almaq və banklararası faizin miqdarını mümkün olan ən aşağı həddə qoruyub saxlamaq qərarlarından xəbər veriblər.

İngiltərə hökuməti may ayında koronavirus pandemiyasından irəli gələn başgicəlləndirici borcların təmini və ödənişi üçün istiqraz vərəqələrini satmağa üz tutubdur.

Bu vərəqələrin dəyəri 225 milyard funt-sterlinq olaraq, hökumətin bundan öncə nəzərdə tutduğu məbləğdən 65 milyard funt-sterlinq çoxdur.

İngiltərənin koronavirus pandemiyasın kənarında Avropa Birliyindən çıxmasından irəli gələn qaranlıq cəhətlər nəticəsində düşdüyü sərt iqtisadi şərait bu ölkənin borclarını nəzərəçarpacaq həddə artırıbdır.

Bundan öncə İngiltərə milli statistika bürosu bildirmişdi ki, bu ölkə hökumətinin may ayındakı borcu maksimum həddə çatıb və milli borc sürətlə artmaqdadır.

Teqlər