İyun 20, 2020 07:03 Asia/Baku
  • Avropa üçlüyün İrana qarşı düşmən mövqei

İngiltərə, Fransa və Almaniya dünən bir bəyanatda aşkar surətdə BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah sanksiyalarının uzadılmasını himayə ediblər.

SaharAzeri xəbər verir,Avropa üçlüyü bu bəynatda bildiribdir ki, tezliklə, 2023-cü ilədək İrana raket texnologiyası və adi silahların ixracatı barədə olan Avropa sanksiyalarının uzadılmasını istəyəcək. Üçlük qeyd edib ki, bu sahədə Rusiya, Çin və təhlükəsizlik şurasının digər üzvləri ilə müzakirə aparmaq niyyətindədir.

İngiltərə, Fransa və Almaniya bu bəyanatda həmçinin nüvə anlaşmasına sadiq qaldıqlarını iddia edib və bildiriblər ki, bu beynəlxalq anlaşmanın qorunması üçün əllərindən gələni əsirgəməyəcəklər.

İngiltərə, Fransa və Almaniya nümayişkaranə bir hərəkətdə Amerikanın BMT Təhlükəsizlik Şurasının yenidən İrana sanksiyalar tətbiq etməsinə qarşı olduqlarını da elan ediblər.

Avropa Birliyi vaxtaşırı iddia edir ki, nüvə anlaşmasının qorunmasına çalışır, amma həqiqətdə, Amerikanın bu anlaşmadan çıxdığı zamandan bəri öz öhdəliklərinə əməl etmək üçün hiss olunacaq real addım atmayıbdır.

Belə bir halda, təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinin bir hissəsi olan BMT-nin İrana qarşı silah sanksiyalarının ləğvinin vaxtının yaxınlaşması ilə/ amerikalılar və müttəfiqləri bu sanksiyaların bitməsinin qarşısını almaq üçün öz səylərini ikiqat artırıblar.

Amerika iki il bundan öncə rəsmən və təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinə məhəl qoymadan nüvə anlaşmasından çıxsa da yeni bir hüquqi şərhdə iddia edir ki, bu qətnamənin maddələrinə əsasən, nüvə anlaşmasının tərəflərindən biri olmaqda davam edir və bu çərçivədə həmin anlaşmada qeyd olunan mexanizmlərdən, o sıradan tətik mexanizmindən istifadə etmək haqqına malikdir. Bu iddia Rusiya və Çinin birbaşa reaksiyaları ilə üzləşibdir.

 

Teqlər