Moskvada COVID-19 virusuna yoluxmuş daha 34 nəfər dünyasını dəyişib
İyun 20, 2020 04:00 Asia/Baku
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 34 nəfər dünyasını dəyişib.
SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3565-ə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 569 063 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 7972 nəfər bu virusa yoluxub, 181 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 7841 nəfərdir, indiyədək 324 406 nəfər sağalıb.