Braziliyada bir milyondan çox insan koronavirus xəstəsidir
https://azeri.sahartv.ir/news/dünya-i363473-braziliyada_bir_milyondan_çox_insan_koronavirus_xəstəsidir
Braziliyada koronavirusa yoluxanların sayı bir milyon nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2020 07:08 Asia/Baku
  • Braziliyada bir milyondan çox insan koronavirus xəstəsidir

Braziliyada koronavirusa yoluxanların sayı bir milyon nəfərə çatıb.

SəhərAzəri xəbər verir, Bu ölkənin səhiyyə nazirliyi dünən bildirib ki, koronavirusa 54 min 771 yeni yoluxma halının aşkar edilməsilə Braziliyada COVID-19-a yoluxanların sayı bir milyon 32 min 913 nəfərə çatıb.

Bu ölkədə koronavirusdan ölənlərin sayı da 48 min 954 nəfərə yüksəlibdir.

Braziliyada koronavirusa yoluxma və bu xəstəlikdən ölüm hallarının rəsmi statistikalarının olduqca yüksək olduğu bir halda, bir çox ekspert real rəqəmləri hökumət tərəfindən elan olunan rəqəmlərdən daha çox hesab edir.

Bəzi məlumatlara görə, Braziliyada COVID-19-a yoluxanların gerçək miqdarı elan olunan rəqəmlərdən azı- beşqat, çoxu isə- onqat yuxarıdır.