İyun 20, 2020 19:43 Asia/Baku
  • Tramp ABŞ-da təfriqə amilidir

Ən yeni rəy sorğularının nəticələrinə əsasən, Amerika xalqının 60 faizi bu qənaətdədir ki, Donald Tramp Birləşmiş Ştatları təfriqəyə düçar edibdir.

SəhərAzəri xəbər verir, Assoşieyted-Press və "NORC" İctimai Məsələlər üzrə Araşdırma Mərkəzinin rəy sorğusunun nəticələrinə görə, Amerika xalqının 60 faizi bu qənaətdədir ki, 2020-ci ABŞ prezident seçkilərinə beş ay qalanda koronavirus pandemiyasının və irqi gərginliklərin şiddətlənməsilə Amerika prezidenti Donald Tramp Birləşmiş Ştatlarda təfriqə salmaqdadır.

Bu məlumata görə, demokratların beş, respublikaçıların isə 20 faizi bu qənaətdədir ki, Tramp öncəki dövrlərlə müqayisədə Birləşmiş Ştatları daha da müttəfiq edibdir.

Həmçinin amerikalıların 54 faizi bu qənaətdədir ki, Minnesota ştatının Mineapolis şəhərində ağdərili polisin əli ilə qətlə yetirilən 46 yaşlı qaradərili Amerika vətəndaşı Corc Floydun vəfatından sonra Tramp vəziyyəti daha da pisləşibdir.

Teqlər