İyun 21, 2020 07:57 Asia/Baku
  • Fransada polis zorakılığına qarşı aksiya keçirilib

Fransalılar polisin zorakı rəftarları əleyhinə etiraz olaraq, bu ölkənin paytaxtı Parisdə aksiya keçiriblər.

SəhərAzəri Röyters-ə istinadla xəbər verir, Fransa xalqı şənbə günü bu ölkənin paytaxtı Paris şəhərində aksiya keçirərək, polisin xüsusilə qaradərililər və rənglidərililərə qarşı zorakı hərəkətlərini qınayıblar.

Parisdə keçirilən bu nümayişlər 2007-ci ildə polis tərəfindən tutulduqdan sonra öldürülən Fransanın seneqallı vətəndaşı 25 yaşlı Lamin Diengin xatirəsinə həsr edilib. 

Fransalı etirazçılar bunun əsl səbəbkarının Fransa hökuməti olduğunu vurğulayıblar.

Nümayişçilər Fransa polisinin qaradərililərdən mənfi görüntü yaratmaqda iştirak etdiyini və bunun bir növ müstəmləkəçilik olduğunu söyləyiblər.

Fransada, son günlər keçirilən irqçiliyə qarşı etiraz aksiyaları, həmçinin 2016-ci ildə Parisin ətrafında polis tərəfindən qəddarcasına saxlanıldıqdan sonra təcridxanada ölən Adama Traure adlı bir gəncin qanının intiqamının alınması üçündür.

 

Teqlər