İyun 21, 2020 10:29 Asia/Baku
  • Fransada koronavirusa yoluxanların sayı 160 mini keçib

Fransada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 160 mini keçib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Qeyd olunub ki, son sutkada 641 yoluxma halı, 19 ölüm qeydə alınıb. 

Ölkə üzrə ölənlərin ümumi sayı 29633 nəfərə çatıb, onlardan 19 176 nəfər xəstəxanalarda dünyasını dəyişib.

Hazırda xəstəxanalarda müalicə olunan 9837 xəstədən 715 nəfəri reanimasiyadadır.

 

Teqlər