İyun 21, 2020 21:13 Asia/Baku
  • Britaniyada COVID-19-a yoluxanların sayı 304 mini ötdü

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 42 632 nəfərə çatıb.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, krallıq ərazisində bir gün ərzində koronavirus qurbanlarının sayı 43 nəfər artıb.

Son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 1 221-dir. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 304 331 nəfərə çatıb.

Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 128 nəfər təşkil edib, 1 295 nəfər COVID-19-a yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Teqlər