İyun 22, 2020 08:41 Asia/Baku
  • Tramp Maduro ilə görüşünün mümkünlüyünü inkar etməyib

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə görüşün mümkün ola biləcəyini istisna etməyib.

SəhərAzəri APA-ya istinadla  xəbər verir ki, bu barədə Tramp “Axios” nəşrinə müsahibəsində deyib.

“Ola bilər ki, mən bu barədə düşünüm… Maduro görüşmək istəyərdi. Ancaq mən görüşlərə qarşı olmamışam, nadir hallarda görüşlərə qarşı oluram. Mən həmişə deyirəm: siz görüşlərdə çox az şey itirirsiniz. Ancaq bu dəfə mən onlardan imtina etmişəm”, - deyə amerikalı lider bildirib.

Trampın sözlərinə görə, o, müxalifət lideri Xuan Quaydonun prezident kimi tanınması ideyasının “mütləq dəstəkçisi olmayıb”. Ötən il Quaydo qanunsuz olaraq özünü Venesuela rəhbəri elan edib.

“Bəzilərinə bu, xoş gəlib, bəziləri üçünsə yox. Mənim üçün bu, normal idi. Düşünmürəm ki, bu və ya digər halda bunun bir mənası olaydı”, - Tramp belə deyib.

Teqlər