Borrelin Çinlə məşvərətlərini müsbət dəyərləndirməsi
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi nüvə anlaşmasının qorunması barədə Çinlə məşvərətlərini müsbət dəyərləndirib.
SəhərAzəri xəbər verir, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel öz şəxsi tvitter səhifəsində yazıb ki, nüvə anlaşmasının qorunması barədə Çinlə yaxşı məşvərətlər aparıb.
Borrel vurğulayıb ki, Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə birgə Avropa İttifaqı-Çin iclasında iştirak edib.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi digər bir mesajda da yazıbdır ki, çinli rəsmilərlə nüvə anlaşmasının qorunması da daxil olmaqla mühüm xarici və təhlükəsizlik prioritetləri haqda məşvərət edibdir.
Çin xarici işlər nazirliyinin sözçüsü Tsyao Li Tsyan da bu ölkənin nüvə anlaşmasına dəstək verdiyini vurğulayıb və Amerikanın İrana qarşı hərəkətlərini pisləyib.
Amerika prezidenti Donald Tramp Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, 2018-ci il mayın 8-də birtərəfli və qanunsuz şəkildə bu beynəlxalq anlaşmadan çıxdı və nüvə sanksiyalarının geri döndüyünü bildirdi.
Trampın bu hərəkəti daxili və beynəlxalq səviyyələrdə pislənildi.
Avropa üçlüyünün bu anlaşma qarşısındakı sədaqətsizliyinin ardınca İran nüvə anlaşması çərçivəsində öz nüvə öhdəliklərinin azaldılmasını etaplarla həyata keçirdi.
BORREL ÇİNLƏ MƏŞVƏRƏTLƏRİNİ MÜSBƏT DƏYƏRLƏNDİRİB