İyun 23, 2020 07:22 Asia/Baku
  • Trampın Venesuela xalqına qarşı nəhs niyyəti

ABŞ prezidenti bir tvitter mesajında iddia edibdir ki, Venesuela prezidentilə müzakirə edəcəyi yeganə mövzu, onu dinc şəkildə hakimiyyəti tərk etməyə hazırlamaqdır.

SəhərAzəri xəbər verir, Donald Tramp bazar ertəsi günü bir tvitter mesajında keçmişdə Venesuela hökumətiilə anlaşdıqlarına görə, demokratları tənqid edib. İddia edib ki, radikal solçuların əksinə olaraq, o həmişə sosializm ilə mübarizə aparacaq və Venesuela xalqının kənarında durubdur.

Tramp bu tvittdə iddia edibdir ki, onun hökuməti daima azadlığa dəstək verib və Venesuela prezidenti Nikolas Maduroya qarşı müqavimət göstəribdir.

Tramp siyasi təzyiqlərlə yanaşı, sanksiyaları şiddətləndirməklə Venesuela iqtisadiyyatını məhvolma astanasında qoymuşdu.

Bununla belə, Çin, Rusiya və İranın iqtisadi əməkdaşlıqlarının davam etməsinin ardınca Venesuela öz iqtisadiyyatını müəyyən qədər qoruya və yenidən ölkə daxilində sabitlik yarada bilibdir.

 

Teqlər