Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi
https://azeri.sahartv.ir/news/dünya-i363593-tramp_obamanı_dövlətə_xəyanətdə_ittiham_etdi
ABŞ prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2020 03:29 Asia/Baku
  • Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi

ABŞ prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, bu barədə D.Tramp "CBN News" telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, B.Obama və adamları 2016-cı ildə onun seçkiqabağı kampaniyasına qarşı casusluq edib.

D.Tramp hesab edir ki, sabiq prezident onun danışıqlarına qulaq asıb: "Bu, dövlətə xəyanətdir <...> Onlar həm qulaq asırdı, həm də casusluq edirdi <...> Məlum oldu ki, mən haqlı idim".