Çində ötən sutka ərzində 22 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
https://azeri.sahartv.ir/news/dünya-i363618-Çində_ötən_sutka_ərzində_22_nəfərdə_koronavirusun_aktiv_forması_aşkarlanıb
Çində ötən sutka ərzində 22 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2020 11:33 Asia/Baku
  • Çində ötən sutka ərzində 22 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində 22 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, yeni yoluxma hallarından 9-u xaricdən gələn vətəndaşlarda, 13-ü isə ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 7 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 418 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.