İyun 25, 2020 08:29 Asia/Baku
  • ABŞ-da Koronadan ölənlərin sayı 122 minə yaxınlaşıb

Con Hopkins Universitetinin statistic məlumatına görə, ABŞ-da son 24 saat ərzində daha 752 nəfərin ölümü ilə Korona qurbanlarının ümumi sayı 122 minə çatdı.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir, Con Hopkins Universitetinin son statistic məlumatına görə, ABŞ-da son 24 saat ərzində daha 752 nəfərin ölümü ilə koronavirus qurbanlarının ümumi sayı 121 969 nəfərə çatıb.

Rəqəmlər onu da göstərir ki, ABŞ-da son 24 saat ərzində daha 33 515 nəfər koronavirusa yoluxmuş və bu ölkədə Covid-19 virusuna yoluxanların ümumi sayını 2 380 452-ə çatmışdır.

Image Caption

 

Con Hopkins Universitetinin yeni rəqəmlərinin, onun bir gün əvvəlki statistikası ilə müqayisəsi göstərir ki, Korona xəstələri və qurbanlarının sayı bir qədər azalmışdır.

Digər tərəfdən, Worldometers informasiya mərkəzi, ABŞ-da Coronavirusa yoluxanların sayının 2.462.554 qurbanların sayının isə 124.281 olduğunu bildirib.

ABŞ-da New York ştatı 413 355 yoluxma, 31 346 ölüm halı ilə Korona  xəstəliyinin ocağı sayılır.

Con Hopkins Universitetinin məlumatına görə, dünyada ən azı 9 milyon 405 min 800 insan koronavirusa yoluxmuş, onlardan 482 128 nəfəri həyatını itirib, 4 milyon 729 min 423 nəfər isə yaxşılaşmışdır.

ABŞ, hələ də  korona qurbanlarının sayı baxımından dünyanın birinci yerindədir.

Image Caption

 

 

 

 

 

 

 

Teqlər