İyun 26, 2020 15:46 Asia/Baku
  • Ağ Ev qarşısındakı maneələr polis zorakılıqları qurbanlarının təsvirləri ilə örtülüb

Amerikada rasizmə qarşı çıxanlar Ağ Ev-lə üzbəüzdə yerləşən hündür metal hasarı anti-rasist şüarlar və bu ölkə polisinin zorakılıqları qurbanlarının təsvirləri ilə örtüblər.

SəhərAzəri xəbər verir, Etirazçılar bu plakatların üzərində belə yazmışdılar: «Xəbərdarlıq! Qarşıdan daha çox aksiya gəlir!», «Qaradərililərin həyatını qoruyun!» və «Rasizmi dayandırmağa hazır olun!»

Amerika xalqının Corc Floydun polis qüvvələri tərəfindən qətlə yetirilməsinə və ağdərili polisin insanlığa sığmayan davranışına qarşı geniş etirazları hazırda daha geniş miqyas alıb və etirazlar dalğası bütün Amerikanı bürüyübdür.

Amerika polisinin bir ağdərili zabiti mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydu amansızcasına qətlə yetirdi.

Teqlər