Avropa Birliyi amerikalıların girişinə qadağa qoymaq ərəfəsindədir
İki avropalı diplomatın dediyinə görə, Avropa Birliyi Amerikada koronavirusa yoluxma hallarının kəskin tərzdə artmasına görə, amerikanların bu birliyə üzv ölkələrə girişlərini qadağan etmək ərəfəsindədir.
SəhərAzəri xəbər verir, NBC Nyus-un yazdığına görə, bu iki avropalı diplomat deyibdir ki, Avropa Birliyi gələn həftə öz sərhədlərini yenidən açarkən ABŞ-da koronavirus pandemiyasının yüksək təhlükəsi qorxusundan Birləşmiş Ştatlardan şəxslərin girişini qadağan edəcəkdir.
27 üzv ölkəyə malik olan Avropa Birliyi öz sərhədlərini iyulun birindən açmağa hazırlıq görməkdə və koronavirusa yoluxma sayının aşağı olmasına görə, vətəndaşlarının bu birliyə daxil olmaq icazəsi olan ölkələrin siyahısını tutmaqdadır.
Bu avropalı diplomatların sözlərinə görə, Çin, Avropaya səfər icazəsinə malik olan onlarla ölkə sırasındadır. Əlbəttə, bu şərtlə ki, bu ölkə öz sərhədlərini Avropa Birliyinə üzv ölkələrin üzünə açmış olsun.
Amerikanların Avropa Birliyinə üzv ölkələrə girişlərinin qadağan edilməsi barədəki təxminlərin şiddətlənməsi elə bir halda baş verir ki, Amerikada koronavirusa yoluxanların sayı üçüncü gün dalbadal rekord sındırıb və 2,5 milyon nəfərə çatıbdır.