İyun 27, 2020 21:52 Asia/Baku
  • Almaniya parlamentinin sionist rejimin fitnəsinə qarşı layihəsi

Almaniya parlamentinin üzvləri sionist rejimin qərb sahilini işğal olunmuş ərazilərə qatmaq üzrə planını pisləmək üzrə bir layihə hazırlayıblar.

SəhərAzəri xəbər verir, Almaniya mərkəzi parlamenti- Bundestaq-ın üzvləri qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə əlavə olunması və sionistsakinli qəsəbələrin genişləndirilməsinin beynəlxalq qanunlara zidd olması barədə razılığa gəlib və bununla bağlı bir layihə təqdim ediblər.

Almaniya parlamentinin bu üzvləri sionist rejimdən istəyiblər ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması planını kənara qoysun. Əks halda, bu addım regional sabitliyə və Qərbi Asiya sülh prosesinə nəzərəçarpacaq təsirlər göstərəcək.

BMT-nin baş katibi Antonio Quterreş də sionist rejimdən qeyd olunan planı ləğv etməyi istəyib.

BMT Ərəb Liqası ilə birgə bəyanatda sionist rejimin Fələstin ərazilərinə qarşı qəsbkarlıq planlarının ləğvini istəyibdir.

Quterreş habelə Qüds paytaxt olmaqla Fələstinin milli və stabil suverenliyə malik müstəqil bir ölkə kimi təsbit olunmasına təkid edib.

Sionist rejim Tramp hökumətinin himayələri altında iyulun 1-də İordan çayının qərb sahilinin otuz faizini hökumət səviyyəsində işğal etmək niyyətindədir.

Fələstinli rəsmilər və qruplar bu hərəkəti Vaşinqtonun biabırçı və anti-Fələstin «əsrin sövdələşməsi» planının bir hissəsi hesab və buna görə, Amerika və sionist rejimlə həmkarlığın kəsilməsini tələb edirlər.

Teqlər