İyun 28, 2020 08:18 Asia/Baku
  • Merkel Britaniyaya xəbərdarlıq edib

Almaniya kansleri Angela Merkel Avropa İttifaqından çıxmağın və Brexit-dən sonra Brüssel ilə yaxın iqtisadi münasibətləri davam etdirməməyin nəticələrini qəbul etməli olacağı ilə bağlı Britaniyaya xəbərdarlıq edib.

SaharAzeri xəbər verir,İrlandiyanın "İriş Tayms" qəzetinin yazdığına görə, Almaniyanın kansleri Angela Merkel deyib: "Britaniya Avropa İttifaqını tərk etməyin nəticələrini qəbul etməlidir".

Rəsminin sözlərinə görə, Britaniyanın ətraf mühit, əmək bazarı və ya Avropa İttifaqının standartları ilə müqayisə ediləsi olmayan sosial standartları tətbiq etmək istədiyi təqdirdə, münasibətlər azalacaq.

Britaniya 2020-ci il yanvarın 31-də rəsmi şəkildə Avropa İttifaqını tərk etdi və "keçid" dövrü çərçivəsində bu ilin sonunadək Avropa İttifaqının qanunlarına tabedir. 

Hazırda icra edilən Brexitin keçid dövrü Brüssel və Londona post-Brexit dövrü üçün müqavilələr, o cümlədən ticart müqavilələri imzalamaq fürsəti verir.

Əvvəlki plana əsasən, Brexitin keçid dövrü cari ilin 31 dekabr tarixində sona çatacaq.

 

Teqlər