Gürcüstanda koronavirusa yoluxanların sayı 924 nəfərə çatıb
İyun 28, 2020 13:24 Asia/Baku
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 3 yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib.
SaharAzeri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 924 nəfərə, ölənlərin sayı isə 15 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 2819 nəfər karantində saxlanılır, 230 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 785 nəfər sağalıb.