İyun 29, 2020 11:40 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 640 mini ötüb

Rusiyada son sutka ərzində daha 6 719 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri - APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 641 156 nəfərə çatıb.

Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 166 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 403 430 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

 

Teqlər