İyun 29, 2020 16:54 Asia/Baku
  • Aİ sərhədlərin açılması üçün ölkələrin yekun siyahısını hələ təsdiq edə bilməyib

Avropa İttifaqı Şurası hələ də iyulun 1-dən Birliyin xarici sərhədlərinin açılacağı dövlətlərin yekun siyahısını təsdiqləməyib.

SəhərAzəri - “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Abalbert Yans bu gün Brüsseldə keçirdiyi brifinqdə deyib.

Bununla yanaşı, həll yollarının əldə edilə bilmədiyi vəziyyəti də istisna etməyib.

“Aİ Şurasına üzv ölkələr arasında müzakirələr hələ də davam edir. Bu müzakirənin nəticəsini səbirsizliklə gözləyirik, amma indiki mərhələdə danışacağımız başqa bir şey yoxdur. Müzakirələr yekunlaşmayana qədər bu mövzuda fərziyyələr irəli sürmək istəmirəm”, - o deyib.

A.Yans vurğulayıb ki, siyahının razılaşdırıla bilinmədiyi təqdirdə, Aİ Şurası bundan sonra nə ediləcəyini dair qərar verməli olacaq.

İlkin məlumata görə, həftəsonu müzakirələr zamanı bu siyahıdakı ölkələrin sayı 18-dən 15-ə düşüb. Hazırda siyahının yekun versiyasında Kanada, Avstraliya, Yeni Zelandiya, Çin, Yaponiya, Cənubi Koreya, Tailand, Əlcəzair, Tunis, Mərakeş, Ruanda, Serbiya, Monteneqro, Gürcüstan və Uruqvay yer alıb.

Aİ Şurasında əsasən sərhədlərin açılması üçün bütün sanitar standartlara cavab verən, lakin özü Aİ ilə sərhədləri açmağa hələ hazır olmayan Çin ətrafında kəskin mübahisələr davam edir.

Teqlər