İyul 02, 2020 08:33 Asia/Baku
  • Sietl meri etirazları yatırmaq üçün fövqəladə vəziyyət elan edib

Amerikanın Sietl şəhərində küçə etirazlarının yenidən başlanmasının ardınca bu şəhərin meri etirazları yatırmaq üçün fövqəladə vəziyyət elan edib və yüzlərlə polis zabitini aksiya məkanına göndəribdir.

SaharAzeri xəbər verir, Sietl meri Ceni Durkan çərşənbə günü deyib: Şəhərin mərkəzində etirazların başlanması ilə indiyədək 13 nəfər həbs olunub və fövqəladə vəziyyət elan olunubdur.

Sietldə xalq etirazlarından bir neçə həftənin keçməsilə meriya rəsmiləri əhalinin əmlakı, sağlamlığı və təhlükəsizliyini qorumaq bəhanəsilə yüzlərlə polis qüvvəsini küçələrə göndəriblər. Onlar etirazçıları həbs etməklə amansız şəkildə aksiyaları yatırırlar.

Sietl polisi bildiribdir ki, fövqəladə durumun elan olunmasından sonra aksiya məkanına gələcək hər bir şəxs polis tərəfindən həbs ediləcəkdir.

Teqlər