AYİB prezidenti vəzifəsini tərk etdi
https://azeri.sahartv.ir/news/dünya-i364018-ayİb_prezidenti_vəzifəsini_tərk_etdi
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti vəzifəsini tərk edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2020 14:07 Asia/Baku
  • AYİB prezidenti vəzifəsini tərk etdi

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti vəzifəsini tərk edib.

SaharAzeri Report-a istinadla xəbər verir, o, yüksək vəzifədə ikinci müddətini başa vurub.

İyulun 3-dən etibarən AYİB-ə birinci vitse-prezident Yurgen Riqterink rəhbərlik edəcək.

Yeni prezident bankın bu ilin 7-8 oktyabrına təyin olunan illik toplantısında seçiləcək.

Qeyd edək ki, S.Çakrabarti 2012-ci ildən AYİB-nin prezidenti olub.