ABŞ hərbçiləri arasında Koronavirusa yoluxanların sayı 6 493 nəfərə çatıb.
https://azeri.sahartv.ir/news/dünya-i364050-abŞ_hərbçiləri_arasında_koronavirusa_yoluxanların_sayı_6_493_nəfərə_çatıb.
Pentaqon, son üç həftə ərzində ABŞ-da koronaya yoluxanların sayının artdığını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2020 18:36 Asia/Baku
  • ABŞ hərbçiləri arasında Koronavirusa yoluxanların sayı 6 493 nəfərə çatıb.

Pentaqon, son üç həftə ərzində ABŞ-da koronaya yoluxanların sayının artdığını açıqlayıb.

SaharAzeri xəbər verir, CNN cümə axşamı, Covid-19-a yoluxanların sayının son üç həftə ərzində ABŞ qoşunları arasında artdığını bildirib.
CNN Pentaqona istinadən bildirib ki, çərşənbə günü axşama qədər ABŞ əsgərlərindən 6,493 nəfərində  koronavirusaşkarlanıb.
ABŞ Hərbi Hava Qüvvələrindəki bir mənbə koronavirusla əlaqədar həmin qüvvələrin daha çox riskli olduqlarını bildirib.
Amerika Birləşmiş Ştatları hal-hazırda koronavirus xəstəliyindən ölüm hallarının sayına görə dünya ölkələrinin önündə gedir. ABŞ-da bu xəbərin verildiyi ləhzəyə qədər korona virusa yoluxanların sayı 2.801.912 nəfər, ölənlərin sayı isə 131.027 nəfərdir.