ÜST: hazırda 17 koronavirus peyvəndi klinik sınaqdadır
https://azeri.sahartv.ir/news/dünya-i364056-Üst_hazırda_17_koronavirus_peyvəndi_klinik_sınaqdadır
Hazırda 17 fərqli koronavirus peyvəndi klinik sınaq mərhələsindədir
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2020 02:57 Asia/Baku
  • ÜST: hazırda 17 koronavirus peyvəndi klinik sınaqdadır

Hazırda 17 fərqli koronavirus peyvəndi klinik sınaq mərhələsindədir

SaharAzeri APA-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Anna Maria Henao-Restrepo brifinqdə məlumat verib.

O bildirib ki, hazırda dünyada klinik sınaqlarda olan 17 növ vaksinin nəticələri gözlənilir:

“Təcrübə prosesi çox aktiv həyata keçirilməkdədir. ÜST mütəxəssisləri nəticədən asılı olaraq peyvəndlərin effektivliyini qiymətləndirəcək”. 

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, hazırda heç bir nəticənin əldə olunmaması səbəbindən koronavirus əleyhinə peyvəndinin nə zaman və nə vaxt hazırlanacağını söyləmək mümkün deyil.

Qeyd edək ki, son aylarda ABŞ, Avstraliya, Çin və bir sıra digər ölkələrin alimləri könüllülər və heyvanlar üzərində müxtəlif növ koronavirus peyvəndlərinin sınaqlarının başlandığını bildiriblər. Alimlərin gözlədikləri nəticələr alınmazsa, sözügedən vaksinlərin  gələn ilədək hazır olacağını düşünmək mənasızdır.