İyul 03, 2020 08:31 Asia/Baku
  • ABŞ polisinin zorakılığı barədə yeni film yayılıb

ABŞ mediaları cümə axşamı günü bu ölkə polisinin zorakılığı barədə yeni film yayıblar.

SaharAzeri xəbər verir ki, Bu filmdə bir polis zabiti Amerikanın Florida ştatında yerləşən Mayami beynəlxalq hava limanında qaradərili bir qadını itələməkdə və onunla pis davranmaqdadır.

Bu film elə bir halda yayılıbdır ki, Amerikanın müxtəlif şəhərləri, xüsusən Minnesota ştatının Minneapolis şəhəri mayın 25-dən bəri bu ölkə polisinin rasist rəftarına qarşı xalq etirazları səhnələridirlər.

Amerikalı ağdərili bir zabit mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində qaradərili Corc Floydu qətlə yetirdi.

Bu cinayət Amerika xalqının hiddətinə səbəb olubdur. Lakin bu ölkə prezidenti Donald Trampın göstərişi ilə ABŞ-ın polisi və təhlükəsizlik qüvvələri etirazçı xalql divan tuturlar. Amerikadakı son etirazlarda minlərlə nəfər yaralanıb və ya həbs olunubdur.

Teqlər