İyul 03, 2020 12:10 Asia/Baku
  • Rusiyada daha 176 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 667 min nəfəri keçib.

SaharAzeri Trend-ə istinadla xəbər verir, ölkədə son sutka ərzində 6 718 nəfər virusa yoluxub, 176 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 667 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 859 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 437 893 nəfər virusdan sağalıb, 220 131 nəfərin müalicəsi isə davam edir.

Teqlər