“Shell” neft şirkəti bir neçə xarici əməkdaşını Qazaxıstandan təxliyə edəcək
“Shell” neft şirkəti bir neçə xarici əməkdaşını Qazaxıstandan çıxarır. Buna səbəb ölkənin Atırau bölgəsində koronavirus infeksiyasının yayılmasıdır.
SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Məlumatda deyilir ki, şirkət iyulun 1-dən etibarən, əməkdaşlarını və onların ailə üzvlərinin ölkədən çıxarılması barədə qərar qəbul edib. Bu əməkdaşlar öz vəzifələrini uzaqdan yerinə yetirməyə davam edəcəklər. İşçilərin bir hissəsinin çıxarılması barədə qərar “Kaşaqan” yatağında istehsal fəaliyyətinə təsir göstərməyəcək.
“Şimal-Xəzər” layihəsi Qazaxıstanda dəniz neft-qaz yataqlarının istismarının ilk iri layihəsidir. Onun tərkibinə Kaşaqan, Kayran, Aktot və Cənub-Qərb Kaşaqan yataqları daxildir.
pandemiya dövründə Atırau vilayətində koronavirusa 5 466 yoluxma halları qeydə alınıb.