Müxalifətdə olan "Çiçəklənən Ermənistan" partiyasının sədrinin apellyasiya məhkəməsi nəticəsiz qalıb
Müxalifət "Çiçəklənən Ermənistan" partiyasının sədrinə seçilmiş həbs qərarının həğvi ilə bağlı Apellyasiya şikayəti təmin edilməyib.
SaharAzeri xəbər verir, sərhədaşırı erməni dilli radionun "hetq.am" xəbər portalına istinadla məlumatına görə, dünən Ermənistanın Apellyasia məhkəməsi bu ölkənin baş prokurorun İnstansiya məhkəməsinin müxalifət "Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Tsarukiyanın barəsində verdiyi həbs qərarının ləğvi ilə bağlı vəsatətini araşdırmaq üçün iclas keçirib, Lakin onun şikayətini təmin etməyib.
Tsarukiyan ötən həftə koronavirusa yoluxduğunu elan edib və məhkəmədə iştirak etməyib.
Ermənistanın baş naziri Nikol Paşiniyanın əsas müxalifəti hesab olunnan Tsarukiyan 2017-ci ilin aprel ayında keçirilən seçkilərdə səs almaqda ittiham edilib.
Tsarukiyan bu ittihamı rədd edərək, bunu özünü və paretiyasını təcrid etmək üçün hökumətin siyasi oyunu kimi dəyərləndirib.
İyun ayında Tsarukiyan Ermənistan hökumətini koronavirus pandemiyası və iqtisadi tənəzzül qarşısında yarıtmaz fəaliyyəti ilə bağlı, kəskin şəkildə tənqid edib.
Ermənistan parlamenti bu uaxınlarda Tsarukiyanın deputat toxunuımazlığını ləğv edərək, onun həbs edilməsini çağırıb.
İki müxalifət "Çiçəklənən Ermənistan" və "Aydın Ermənistan" partiyaları bu seçkiləri boykot etmişdirlər.
Ermənistan parlamentində müxalifət "Çiçəklənən Ermənistan" partiyasını 25 deputat təmsil edir. Lakin parlamentdə "mənim addımım" dövlət fraksiyası çoxluq təşkil edir.