Venesuela Ordusu ABŞ təyyarəsini məhv etdi
Venesuela ordusu ölkənin hava məkanını pozan ABŞ-a məxsus bir təyyarənin "zərərsizləşdirildiyini" bildirib.
SəhərAzəri xəbər verir, Venesuela Silahlı Qüvvələrinin Strateji Əməliyyat Komandanlığı "Twitter" də bildirib: “Birləşmiş Hava Kosmik Müdafiə Komandanlığı tərəfindən 8 iyul səhər çağı bir ABŞ təyyarəsi ölkənin hava məkanında aşkarlanıb, qırıcılarımız tərəfindən zərərsizləşdirdi”.
Həmin Komandanlıq mərkəzi yanan təyyarənin şəkillərini də paylaşıb. N339AV nömrəsi təyyarədə aydın görünür. Flightradarın məlumatına görə, Hawker 800 tipli təyyarə xüsusi bir şəxsə aiddir. Təyyarənin bir gün əvvəl Meksika üzərindən icazə verilən uçuşda olduğu bildirilir.
Təyyarənin vurulduğu ərazi, missiyası və daşıdığı yük barədə heç bir məlumat verilməsə də, bu cür hadisələrin ümumiyyətlə narkotik ticarəti ilə əlaqəli olduğu məlumdur. İkinci əl bazarında 900 kq yük tutumu olan belə bir təyyarənin orta qiyməti 2 milyon dollardır.
Venesuela Müdafiə Nazirliyi, bir ay əvvəl də ölkənin qərbində bir təyyarənin vurulduğunu bildirmişdi. Düşmüş təyyarənin narkotik ticarətçiləri tərəfindən idarə olunduğu müəyyən edilmişdi.