İyul 09, 2020 13:49 Asia/Baku
  • Rusiya ABŞ-ın anti-İran səylərinə qarşı çıxıb

Rusiyanın Amerikadakı səfiri deyib ki, Vaşinqton nüvə anlaşmasından çıxmaqla BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrası barədəki hər cür tələb haqqını itirdi.

SəhərAzəri xəbər verir, Anatoli Antonov sonra bildirib ki, İrana qarşı sanksiyalar rejiminə qayıdış üçün hüquqi-texniki dəlil də yoxdur.

Antonov söyləyib: Moskva rəsmiləri Birləşmiş Ştatların nüvə anlaşmasının qəbul olunması və icrasından öncəyədək İrana qarşı mövcud olmuş beynəlxalq sanksiyalara qayıdış üzrə səylərində hüquqi əsas və qəbulediləsi dəlil görmürlər.

BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, İrana qarşı silah sanksiylarının müddəti cari ilin oktyabr ayında başa çatır. Bu zaman yaxınlaşdıqca, Amerika nüvə anlaşmasından çıxsa da bir layihə təqdim etməklə hələ də nüvə anlaşmasının və onunla bağlı olan qətnamənin icra prosesində təsiredici ola bildiyini göstərməyə can atır.

Rusiya Çinlə yanaşı dəfələrlə İrana qarşı silah sanksiylarının uzadılması ilə öz müxalifətini elan edibdir.

 

Teqlər