ABŞ Çinə qarşı yeni sanksiyalar tətbiq edib
Amerikanın maliyyə nazirliyi insan haqlarının pozulması kimi iddialı bəhanələrlə Çinə qarşı yeni sanksiyalar tətbiq edib.
SəhərAzəri xəbər verir, Amerikanın maliyyə nazirliyi dünən Çindən olan bir orqanı və dörd şəxsiyyəti insan haqlarını pozmaq bəhanəsilə öz sanksiyalar siyahısına salıbdır.
Bu qərara əsasən, Sintszyan rayonunun ictimai təhlükəsizlik idarəsi və dörd rəsmi şəxsi Amerikanın maliyyə nazirliyinin sanksiyalar siyahısına daxil edilib.
ABŞ-Çin münasibətləri son zamanlar digər ixtilafların arasında/ koronavirus pandemiyası, Honq-Konqun durumu və ticarətdə ixtilaflara görə, daha da ağırlaşıbdır.
Bəzi amerikalı siyasətçilər, o sıradan Donald Tramp dəfələrlə Çini ticarətdə ədalətsiz addımlar atmaqda, insan haqlarını pozmaqda və Honq-Konqun xüsusi vəziyyətinə təcavüzdə ittiham ediblər. Çin bu ittihamları rədd edib və Amerika tərəfindən beynəlxalq qanunların pozulmasına işarə edibdir.