İyul 10, 2020 17:53 Asia/Baku
  • Vaşinqton beynəlxalq təhlükəsizliyin zəifləməsində məsuliyyət daşıyır

Rusiyanın xarici işlər naziri dünyada nüvə qarşıdurması təhlükəsinin artması haqda xəbərdarlıq edib. Deyib ki, Amerika beynəlxalq təhlükəsizliyin zəifləməsində məsuliyyət daşıyır. Zira dünyaya hökmranlığını yenidən əldə etmək istəyir.

SəhərAzəri xəbər verir, Sergey Lavrov bu gün bir açıqlamada Amerikanın Rusiya ilə orta mənzilli nüvə qüvvələri adlı ikitərəfli müqavilədən çıxmasına toxunub. Deyib ki, beynəlxalq təhlükəsizlik azalıb, zira Vaşinqton dünyada silahlara nəzarət sistemini aradan götürməklə məşğuldur.

Lavrov bu açıqlamada sonra bildirib: Rusiya BMT Təhlükəsizlik Şurasının İngiltərə, Fransa, Çin və Amerikanın iştirakı ilə keçiriləcək qarşıdakı iclasında nüvə qarşıdurmasının baş verməsinin artmaqda olan ehtimalı ilə bağlı güclü nigarançılığını elan edəcək.

Rusiyanın xarici işlər naziri bu açıqlamada yeni Start müqaviləsi barədə də fikirlər söyləyib. Deyib ki, bu müqavilənin taleyi elə indidən məlumdur, zira Vaşinqton onu uzatmaq istəmir.

Yeni Start müqaviləsi 2010-cu ildə Rusiya ilə Amerika arasında imzalanıb. Hal-hazırda bu müqavilə iki ölkə arasında silahlara yeganə nəzarət amili olaraq, icrası hələ də lazımlıdır.

Bu müqavilınin müddəti 2021-ci ilin fevralında bitəcək və indiyədək Vaşinqton onu uzatmağa təmayül göstərməyibdir.

Lavrovun dünyada nüvə toqquşması xətəri barədəki nigarançılığı elə bir haldadır ki, bundan öncə ABŞ senatının silahlı xidmətlər komitəsi 2021-ci ilin hərbi büdcəsində islahatları qəbul edərək, canlı nüvə sınaqlarının həyata keçirilməsi üçün on milyon dollar məbləğində vəsait ayırmışdı.

Teqlər