ABŞ-da növbəti dəfə rekord sayda yoluxma qeydə alındı
https://azeri.sahartv.ir/news/dünya-i364412-abŞ_da_növbəti_dəfə_rekord_sayda_yoluxma_qeydə_alındı
ABŞ-da koronavirusa yoluxma hallarında növbəti dəfə rekord qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2020 13:52 Asia/Baku
  • ABŞ-da növbəti dəfə rekord sayda yoluxma qeydə alındı

ABŞ-da koronavirusa yoluxma hallarında növbəti dəfə rekord qeydə alınıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, son sutka ərzində ölkədə 63,2 min nəfər virusa yoluxub. 990 nəfər isə həyatını itirib.

Bir gün əvvəl bu göstəricilər müvafq olaraq 58,6 min və 820 nəfərə bərabər olmuşdu.

ABŞ-da bu günədək 3,1 milyon şəxs koronavirusa yoluxub, 133,2 min xəstə həyatını itirib.