Çində daha 6 nəfər koronavirusa yoluxdu
https://azeri.sahartv.ir/news/dünya-i364435-Çində_daha_6_nəfər_koronavirusa_yoluxdu
Çində ötən sutka ərzində 2 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2020 02:47 Asia/Baku
  • Çində daha 6 nəfər koronavirusa yoluxdu

Çində ötən sutka ərzində 2 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb, müalicə alan 14 nəfər xəstəxanadan evə buraxılıb.

Bununla da Çində 83 587 şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 634 nəfər vəfat edib.

Hazırda xəstəxanalarda 330 pasiyent müalicə alır. Onlardan 71-i simptomsuz xəstədir.

Qeyd edək ki, iyunun 11-də 56 günlük aradan sonra "Sinfadi" bazarı ilə əlaqəli ilk yoluxma halı aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün paytaxtda karantin tədbirlərini sərtləşdirib. Pekində indiyədək 480 məntəqə üzrə təxminən 3 milyona yaxın adam testdən keçirilib.